Qüds Gününün həqiqəti - KÖŞƏ YAZISI

Qüds Gününün həqiqəti - KÖŞƏ YAZISI

Fələstin mübarizəsinin əhəmiyyətini anlamaq üçün onun keçmişini və gələcəyini yaxşı təhlil etmək lazımdır.

  • Dünyada ən çox zülmə, qətliama məruz qalan xalq Fələstin xalqıdır. Fələstinlilərdən daha çox zülmə məruz qalan bir millət yoxdur. 80 ildir sahibsiz olaraq dünyanın ən güclü imperialistlərinə qarşı mübarizə aparırlar.

  • Torpaqları işğal edilib,

  • Evlərindən qovulublar,

  • Sahib olduqları hər şey əllərindən alınıb,

  • Dörd nəsildir qətliamlara məruz qalıblar, amma təslim olmayıblar.

Allah-Təala Fələstin torpaqlarını və Fələstin davasını qlobal bir imtahan vasitəsi qərar vermişdir. Bu, haqlı və batil tərəflərin ayrılmasına, cəbhələrin müəyyənləşməsinə səbəb olan bir sınaqdır.

Fələstin torpaqları və Məscidül-Əqsa
Bura bir çox peyğəmbərin və üç böyük dinin mərkəzi olmuşdur. Buna görə də, qlobal əhəmiyyətə malikdir və bütün möminləri maraqlandıran bir məsələdir.

Qüds Gününün həqiqəti

Qüds Günü, bu qlobal imtahanı üzə çıxarmaq üçün mövcuddur. Qüds Günü sadəcə adi bir gün deyil. Bu gün, fikirlərin rəngini müəyyənləşdirən, bir illik mübarizənin cəbhəsini bəlli edən bir gündür. Sadəcə bir günlə məhdudlaşmır, əksinə, bütöv bir ili istiqamətləndirən, hərəkətə gətirən bir gündür.

Dünyada bütün xalqlar üçün haqq və batil cəbhəsi tam dəqiqliklə müəyyən edilməyib. Haqq cəbhəsi – yəni müqavimət tərəfi – daim meydandadır. Batil cəbhəsinə mənsub olan kafirlər, müşriklər və zalımlar cəbhələrini açıq bəlli etsələr də, hələ də ikiüzlülük maskasını qoruyan münafiq müsəlman rejimlər mövcuddur.

"Möminlərlə qarşılaşanda ‘inandıq’ deyərlər, şeytanları ilə tək qaldıqda isə ‘şübhəsiz ki, biz sizinləyik, biz sadəcə istehza edirik’ deyərlər." (Bəqərə, 14)

Bəzi insanların üzərində hələ də nifaq pərdəsi var. Onlar ikiüzlü və münafiqdirlər.

 

MƏQALƏNİN DAVAMINI OXUMAQ ÜÇÜN KEÇİD

Xəbəri paylaş

VİDEOLAR