Yəmənin Ənsarullah Hərəkatının baş katibi bildirib ki, Ümumdünya Qüds Günü İslam ümmətinə Fələstinə qarşı məsuliyyətlərini xatırlatmaq və ümməti məzlum Fələstin xalqına kömək etmək üçün ciddi addımlar atmağa oyatmaq üçün bir fürsətdir.
Az.rasthaber.com "Parstoday"a istinadən xəbər verir ki, Yəmənin Ənsarullah Hərəkatının baş katibi Seyid Əbdülməlik Bədrəddin çərşənbə axşamı onlayn şəkildə keçirilən "Qüds Minbəri" mərasimində deyib:
"Qüds günü İslam ümmətinin Fələstin davası ətrafında birləşməsi üçün mühüm fürsətdir".
O əlavə edib ki, Fələstin məsələsi ən açıq və birmənalı məsələlərdən biridir və bütün müsəlman ümməti bunu qəbul edir.
Seyid Bədrəddin vurğulayıb ki, Fələstinin müqəddəs yerlərini geri almaq və onu sionistlərin çirkabından təmizləmək bütün müsəlmanların üzərinə düşən vəzifədir.
Ənsarullah Hərəkatının baş katibi Yəmən xalqının İslami prinsiplər və dini kimlikləri əsasında Fələstin xalqının hüquqlarını dəstəklədiyini bəyan edərək, “Fələstin xalqı İslam ümmətinin bir parçasıdır və onu dəstəkləmək üçün tərəddüd etməməliyik”.