24.05.2021 11:50:32
İran İnqilab Keşikçiləri Korpusunun Qüds Gücü təmsilçisi Livan Hizbullah Hərəkatının Baş Katibinə təbrik mesajı göndərib
İran İnqilab Keşikçiləri Korpusunun Qüds Gücü təmsilçisi Əli Məhəmmədi Livan Hizbullah Hərəkatının Baş Katibi Seyid Həsən Nəsrullaha təbrik mesajı göndərib.
Rasthaber Azərbaycan xəbər verir ki, Əli Məhəmmədi mesajında Fələstin Müqavimətinin son qələbəsi və Livanın cənub hissəsinin işğaldan azad olunmasının ildönümü münasibətilə təbrik edib.
"Yorulmaq bilməyən fələstinli mücahidlər, iman gücündən və ilahi zəfərdən ilham alaraq, raketləri ilə şeytani gücü yenə məğlubiyyətə uğratdı və bu dəfə alçaq düşmən keçmişə görə, daha ağır zərbə almış və çöküşlə qarşı-qarşıya qalmışdır.", -deyə Məhəmmədinin mesajında deyilir.
Daha sonra "Qəzzadakı 12 günlük müharibə, Qüdsün işğalçı rejim üçün sadəcə biyabırçı məğlubiyyət deyil, daha önəmlisi, bu proses bu rejimin tarix səhnəsindən həmişəlik olaraq siləcək hadisələrin qaynağı olacaqdır.", -deyə Əli Məhəmmədi əlavə edib.