Qətərin keçmiş baş naziri Həmad bin Casim Ali Tani Sudandakı son hərbi çevrilişinin arxasında duran qüvvələr barədə danışıb.
Az.rasthaber.com “palinfo”-ya istinadən xəbər verir ki, onun sözlərinə görə, bu, İsrail rejimi və ərəb dövlətlərindən birinin planı olub.
İnternet istifadəçiləri yazıblar ki, “ərəb dövlətlərindən biri” deyilərkən söhbət Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) gedir.
“Sudanda baş verənlər İsrail və ərəb dövləti arasında öncədən razılaşdırılmış plan, əməkdaşlıq və koordinasiyanın nəticəsidir”, - deyə eks-nazir qeyd edib.
“Təəssüf ki, həmin dövlət beynəxalq görüşlərdə bəyan edib ki, o, öz siyasətini dəyişib və guya ki, “yalnız iqtisadiyyatın” üzərində fokuslanmağa başlayıb”, - deyə Ali Tani əlavə edib.