Qətərin keçmiş baş naziri Həməd bin Casim avropalılara Amerika hakimiyyətini tərk edərək, gələcəklərini təmin etmələrini tövsiyə edib.
O, Ukrayna böhranının həllini Çinlə danışıqlarda olduğunu və Avropanın gələcəyinin Amerikanın hökmranlığından çıxmaqda olduğunu deyib.
Həməd bin Casim Ukrayna böhranının fəsadları və Amerikanın hökmranlığından çıxa bilməməsi səbəbindən Avropa ölkələrinin xüsusən də Almaniyanın çətin şəraitlərdə olduğunu bildirib.
Amerikanın hökmranlığından çıxa bilməmək Avropa hərbi qüvvələrinin iqtisadi və siyasi cəhətdən zəifliyini göstərir.