Qətərdə İsrailə casusluq edən 8 nəfər həbs edilib

Qətərdə İsrailə casusluq edən 8 nəfər həbs edilib

Qətər Kəşfiyyat İdarəsi Qətərdə sionist İsrail rejiminə casusluq etməkdə şübhəli bilinən Hindistan Hərbi Dəniz Qüvvələrinin 8 keçmiş zabitini həbs edib.

Az.rasthaber.com xəbər verir ki, Hindistan Hərbi Dəniz Qüvvələrinin bu 8 keçmiş zabiti Qətərdə "Dahra Global Technology and Consulting Services" adlı, Qətər Hərbi Dəniz Qüvvələrinə təlim və avadanlıq dəstəyi və texniki xidmət kimi xidmətlər göstərən özəl şirkət tərəfindən işə götürülüb.

Bu hesabatda onlara qarşı irəli sürülən ittihamlar hələlik məlum deyil, lakin açıqlanan materiallarda onların İsrail rejimi üçün casusluq etdikləri qeyd olunur.

Məlumata görə, sentyabrın sonunda saxlanılan hindistanlı zabitlərə ailələri ilə telefon əlaqəsi saxlamağa icazə verilib.

Oktyabrın sonunda Hindistan səfirlik məmurlarına zabitlərin azad edilməsinə kömək etmək üçün yüksək səviyyəli bir məmuru Dohaya göndərib.

Xəbəri paylaş

VİDEOLAR