Qətər tarixində ilk dəfə parlament seçkiləri keçirildi

Qətər tarixində ilk dəfə parlament seçkiləri keçirildi

Qətər tarixində ilk dəfə olaraq Məclis əş-Şura (parlament funksiyalı konsultativ şura) seçkiləri keçirilib.

 Rasthaber Azərbaycan xəbər verir ki, seçkilərdə seçicilərin 63,5%-i iştirak edib.

Seçkilərdə qalib gəlmiş 30 namizədin adları elan edilib.

Qeyd edək ki, 45 yerdən 30-na 234 namizəd iddialı idi. Namizədlər arasında 26 qadın da var idi, lakin heç bir qadın seçkilərdə qalib lazımi səs sayını toplaya bilməyib.

Digər 15 yerə isə 15 namizəd isə Qətər əmiri tərəfindən təyin ediləcək.

Seçkilərdə iştirak edən namizədlərə tələblər isə bunlardır: Qətərin yeri sakini olmaq (əcdadı bu ölkədə 1930-cu ilədək yaşamış şəxslər), ərəbcə yaxşı bilmək, məhkumluq həyatı yaşamamaq, o cümlədən də əxlaqi rəftarla əlaqəli cinayətlərdə ittiham olunmamaq. Səsvemə hüququna isə 18 yaşdan yuxarı olan yerli və mühakimə olunmamış sakinlər sahib olub.

Məclis əş-Şura Nazirlə Şurasının rəhbərliyi altındakı qanunverici orqan qismində fəaliyyət göstərir. İclaslarda qanun layihələri, ümumi siyasi və iqtisadi siyasət, ölkənin büdcəsi və bu məsələlərlə bağlı məsləhətlər müzakirə edilir.

Xəbəri paylaş

VİDEOLAR