Qətər: Sionist rejimin nüvə obyektləri MAQATE-nin nəzarəti altında olmalıdır

Qətər: Sionist rejimin nüvə obyektləri MAQATE-nin nəzarəti altında olmalıdır

Qətər Xarici İşlər Nazirliyi bəyanat yayaraq, sionist rejimin nüvə obyektlərinin Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarətində olmasını və rejimin Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) qoşulmasını tələb edib.

Az.rasthaber.com İRNA-ya istinadən xəbər verir ki, bazar günü Haredi pravoslav hərəkatına (בחדרי חרדים) bağlı media orqanına istinadən verdiyi məlumata görə, Qətər Xarici İşlər Nazirliyi rəsmi bəyanat yayaraq, sionist rejimin nüvə obyektlərinin Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarətinə verilməsini və rejimin Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) qoşulmasını tələb edib.

 

Bu xəbərə görə, Qətər Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında bildirilir: “Qətər sionist rejimin bütün nüvə obyektlərinin Beynəlxalq Atom Enerjisi Agentliyinin təminatları altında yerləşdirilməsi və rejimin NPT-yə qoşulması üçün beynəlxalq səyləri artırmağa çağırır.”

 

Qətər XİN bəyan edib ki, Qətərin BMT-dəki səfiri Casim Yaqub əl-Həmmadi Beynəlxalq Atom Enerjisi Agentliyinin Direktorlar Şurasının iclasında BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində beynəlxalq ictimaiyyətin və onun qurumlarının öhdəliklərinin yerinə yetirilməsinin zəruriliyini vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR