Qəssam-ın əməliyyatında 2 Merkava tankı məhv edilib

Qəssam-ın əməliyyatında 2 Merkava tankı məhv edilib

Şəhid İzzəddin Qəssam Briqadalarının döyüşçüləri Qəzzənin Təl əl-Həva məhəlləsində keçirdiyi əməliyyatda işğalçı rejimin 2 ədəd Merkava tankını məhv edib və 1 sionist əsgəri öldürülüblər.

Az.rasthaber.com xəbər verir ki, HƏMAS-ın hərbi qanadı olan Şəhid İzəddin Qəssam Briqadalarının Qəzzə şəhərinin cənubundakı Tel əl-Həva məhəlləsində bugünkü əməliyyatında 2 ədəd "Merkava 4" qabaqcıl tankı 2 ədəd "Şavaz" yerli bombası ilə məhv edilib.


Qəssam Briqadaları həmçinin açıqlayıb ki, Təl əl-Həva məhəlləsində işğalçı ordunun hərbi maşınlarından birində patrulluq edən sionist hərbçi hədəfə alınaraq öldürülüb.

Eyni zamanda Fələstin müqavimət qüvvələri Qəzzə şəhərinin qərb məhəllələri üzərində uçan işğalçılara aid helikopterlərə 2 ədəd yer-hava raketi atıb.

Digər tərəfdən işğalçı rejimin artilleriyası Qəzzədə Şeyx Nasir məhəlləsinə dəfələrlə hücum edib, eyni zamanda işğalçı qüvvələr şəhərin bu hissəsini atəşə tutublar.

Digər hadisədə, Rəfah şəhərinin şimalındakı Xərbə əl-Ədəs bölgəsində bir şəhidin cəsədi və bir yaralı dağıntılar altından çıxarılıb.

Dünən (cümə axşamı) sionist rejim ordusu ötən həftə işğal olunmuş Fələstində müqavimət qüvvələrinin əməliyyatı zamanı yaralanan bu rejimin əsgərinin öldüyünü bildirib.

Xəbəri paylaş

VİDEOLAR