Qəssam Briqadalarından Sionist İsrail Ordusuna ZƏRBƏ!

Qəssam Briqadalarından Sionist İsrail Ordusuna ZƏRBƏ!

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları qurudan girdiyi Qəzza şəhərinin Şucaiyye rayonunda sionist İsrail ordusunun qərargahına hücumu nəticəsində çoxlu sayda İsrail əsgərinin həlak olduğunu və yaralandığını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Qəssam Briqadalarının Telegram hesabından verilən açıqlamada işğalçı İsrail ordusunun Şucaiyyedə qurduğu qərargahlara hücum edildiyi bildirilib.

Hücumda çox sayda qatil İsrail əsgərinin öldüyü və yaralandığı, bu insanları təxliyə etmək üçün bölgəyə vertolyotun endiyi bildirilib.

Qəssamın əvvəlki bəyanatında sionist İsrail əsgərlərinin Şucaiyyədə minaatanlarla hədəf alındığı bildirilmişdi.

Bildirilib ki, sionist İsrail ordusuna aid iki Merkava tipli tank Qəzza zolağının cənubundakı Rəfah şəhərinin Tel əs-Sultan rayonunda Yasin-105 raketləri ilə hədəfə alınıb.

İşğalçı İsrailin 7 oktyabrdan bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda ən azı 15 min 694-ü uşaq, 10 min 279-u qadın olmaqla 37 min 953 fələstinli şəhid olub, 87 min 266 nəfər isə yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR