Fələstində İslami Müqavimət Hərəkatının (Həmas) Silahlı Qolunun İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində iki sionist məhbusu Qırmızı Xaç Cəmiyyətinə təhvil verib.
Az.rasthaber.com xəbər verir ki, sözügedən sionist məhbuslar Qırmızı Xaç Cəmiyyətinin maşınlarına minərək Kərəm Əbu Səlim keçidinə doğru hərəkət ediblər.
HƏMAS hərəkatı ilə sionist rejim arasında məhbus mübadiləsinin birinci mərhələsinin yeddinci raundu bu gün səhər saatlarında başlayıb.
Həmas ilə sionist İsrail arasında əldə olunan atəşkəs və əsir mübadiləsi razılaşması bazar günü, yanvarın 19-u Türkiyə vaxtı ilə saat 12:15-də qüvvəyə minib.
Razılaşma çərçivəsində yanvarın 27-də bazar ertəsi Qəzza zolağında fələstinlilərin cənubdan şimala keçməsi üçün Netzarim dəhlizi açılıb və İsrail ordusu fevralın 9-da Netzarim dəhlizindən geri çəkilib.
Qəzza zolağı ilə Misir arasındakı Rəfah sərhəd keçid məntəqəsi qanlı İsrail ordusu tərəfindən səkkiz aydır davam edən işğaldan sonra xəstələr və yaralıların təxliyəsi üçün fevralın 1-də açılıb.
Əsir mübadiləsinin ilk 6 mərhələsində sionist İsrail həbsxanalarında olan 1135 fələstinli və Qəzzada 19 israilli və 5 tailandlı məhbus azad edilib.
Üç mərhələdən ibarət olacaq atəşkəs razılaşmasına əsasən, 42 günlük ilk mərhələdə ümumilikdə 1900-dən çox fələstinli və 33 israilli məhbusun azad ediləcəyi gözlənilir.