Qərb İsmayıl Haniyənin Moskva səfərinə mane olmağa çalışıb

Qərb İsmayıl Haniyənin Moskva səfərinə mane olmağa çalışıb

Nümayəndə heyətinin başçılığı ilə Moskvaya səfər etmiş HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri bəzi Qərb tərəflərinin bu səfərin qarşısını almaq cəhdlərindən xəbər verib.

Az.rasthaber.com xəbər verir ki, HƏMAS hərəkatının siyasi ofisinin rəhbəri İsmayıl Haniyənin başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyəti ötən şənbə günü Moskvaya gəlib.

İsmayıl Haniyə "Rusiya Əl-Youm" telekanalına müsahibəsində deyib ki, bəzi Qərb və Avropa tərəfləri HƏMAS hərəkatını Moskvaya gəlməkdən çəkindirməyə çalışıblar.

Haniyə Fələstin nümayəndə heyətinin Rusiya paytaxtına səfərinin nəticələrindən məmnun olduğunu vurğulayıb və Qərbi Asiya ilə bağlı bir sıra məsələlərdə qərarların əldə edildiyini qeyd edib.

Haniyə sözlərinin davamında bildirib ki, "Fəth" hərəkatındakı bəzi tərəflər, eləcə də bəzi xarici tərəflər barışığa mane olur,  amma Əlcəzair ərəb sammiti öncəsi Fələstin qruplarını bir araya gətirməyə çalışır. 

Xəbəri paylaş

VİDEOLAR