Az istehlakçı abunəçilər üçün qaz, su, işıq pulsuz olacaq...
Rasthaber Azərbaycan xəbər verir ki, İranın energetika naziri Reza Ərdəkaniyan deyib: Nazirlər kabinetinin qərarına görə, istehlakı su istehlakı meyarının üçdə birinə qədər olan abunəçilərə sıfır, yəni pulsuz qəbz veriləcək.
O, sonra deyib: "Proqnoz edilir ki, hazırkı şəraitdə dörd milyona yaxın su abunəçisi az istehlakçılar sırasındadır."
İranın energetika naziri ümid etdiyini bildirib ki, nazirlər kabinetinin qərarına əsasən, çox istehlakçılar su istehlakını azaltmağa təşviq ediləcəklər. Amma əgər təşviqlər təsirli olmazlarsa, iqtisadi şuranın qərarı ilə bu qrupdan olan abunəçilərin istehlak etdikləri suyun tarifi altı aylıq müddətdən sonra artırılacaq.
"Hazırda su istehlakçılarının təqribən on beş, elektrik enerjisi istehlakçılarının isə təqribən otuz faizi istehlak qəbzində yüz faizlik endirim və ya mükafata şamil edilirlər.", -deyə nazir əlavə edib.
İranın nazirlər kabinetinin qərarına görə, işıq və su kimi qaz istehlakı sahəsində də az istehlakçıların ödənişləri pulsuz olacaqdır.