Qondarma rejim ötən gün 45 hərbçisinin məhv edildiyini və bununla da itkilərinin 525-ə çatdığını etiraf edib.
Rasthaber Azərbaycan “İzvestiya”-ya istinadən xəbər verir ki, Azərbaycanın işğal edilmiş ərazilərində qurulmuş qondarma Dağlıq Qarabağ rejimi böyük saydakı canlı itkilərini gizlədə bilməyərək tədricən onları açıqlamaq məcburiyyətindədir.
Belə ki, qondarma rejim ötən gün 45 hərbçisinin məhv edildiyini və bununla da itkilərinin 525-ə çatdığını etiraf edib.
Xatırladaq ki, Azərbaycan ordusu işğalçı və separatçılara qarşı apardığı əməliyyatlar zamanı düşmənin bir neçə min canlı qüvvəsini məhv edib. Bu məlumatın (minlərlə erməni hərbçisinin öldüyünü) erməni ictimaiyyətində birdən açıqlanması ilə Ermənistanda böyük etirazların baş verəcəyi qaçılmazdır. Bu səbəbə görə, məlumatlar tədrici dəfələrlə say azaldılaraq erməni ictimaiyyətinə çatdırılır.
Ehtimal olunur ki, Ermənistan humanitar atəşkəs rejimini kobud pozmağa, xüsusilə də Azərbaycanın dinc əhalisinə qarşı aqressiyasını da bu etirazların qarşısını almaq və cəbhədəki məğlubiyyətlərini pərdələmək üçün həyata keçirir.