İsrailin işğalı altında olan Məsaada yaşayış məntəqəsinin sakinləri İsrailin bu torpalarda həyata keçirdiyi yəhudiləşdirmə planlarına qarşı etiraz aksiyası keçiriblər.
Az.rasthaber.com SANA-ya istinadən xəbər verir ki, onlar vətənləri olan Suriyaya sadaqətlərini bəyan ediblər və düşmənlə mübarizədə dayanıqlı və mətin olduqlarını bəyan ediblər.
Yerli əhali İsrail rejiminin Qolan yüksəkliklərində 7 min yeni yaşayış yerinin salınması və buranın demoqrafik və coğrafi tərkibinin dəyişdirilməsi cəhdlərinə qarşıdır.
Etirazçılar həmçinin Məcal-Şəms, Eyn-Kənya, Bukaata və Məsaada yaxınlıqlarında İsrail tərəfindən 46 ədəd külək generatorunun quraşdırılmasına da qarşı çıxıblar, çünki bu, BMT qətnamələrinin biabırçı şəkildə pozulması deməkdir.
Qeyd edək ki, rəsmi Dəməşq daim bəyan edir ki, İsrail işğalı altındakı Qolan yüksəklikləri Suriyanın ayrılmaz bir hissəsidir və o, bütün mümkün yollarla oranı geri qaytarmağa çalışır, çünki bu, Suriyanın hüququdur.