Qızını müsəlmana ərə getdiyinə görə diri-diri yandırdı

Qızını müsəlmana ərə getdiyinə görə diri-diri yandırdı

Uttar-Pradeş ştatının polisinin məlumatına görə, qətlə yetirilənin ailəsi islamofob millətçi baxışlara sahibdir.

Rasthaber Azərbaycan xəbər verir ki,  Hindistanda induist ailədən olan qadın müsəlman kişi ilə ailə həyatı qurmaq istədiyinə görə qohumları tərəfindən diri-diri yandırılıb.

Uttar-Pradeş ştatının polisinin məlumatına görə, qətlə yetirilənin ailəsi islamofob millətçi baxışlara sahibdir.

Qızın atası Varun Tivari adlı “killerə” 150 min rupi (təxminən 2062 dollar) ödəyərək qızının qətlini sifariş verib. Tivari öz cinayət ortaqları ilə qızı insanların olmadığı yerə aparıb və üzərinə benzin tökərək onu yandırıb. Bundan sonra canilər hadisə yerindən qaçıblar.

“Qızın atası Kaylaş Yadav, qızın qardaşı Acit Yadav və ailənin qohumu Satyaprakaş Yadav və həmçinin Sitaram Yadav bazar günü həbs ediliblər”, – deyə polisdən bildirilib və əlavə edilib ki, muzdlu qatilin axtarışları davam edir.

Qeyd edək ki, Hindistanda islamofob baxışların yüksəlməsinin fonunda millətçilər tərəfindən törədilən bu cür cinayətlərin sayı artmaqdadır.

Xəbəri paylaş

VİDEOLAR