Qırğızıstan: Rusiya qarşısındakı bütün öhdəliklərimizi yerinə yetirəcəyik

Qırğızıstan: Rusiya qarşısındakı bütün öhdəliklərimizi yerinə yetirəcəyik

O qeyd edib ki, Qırğızıstan digər ölkələrlə “bərabər hüquqlu əsasda” qarşılıqlı rəftar edəcək.

Rasthaber Azərbaycan İz.ru-ya istinadən xəbər verir ki, Qırğızıstan prezidentinin öhdəliklərini yerinə yetirən Sadır Japarov Qırğızıstan tərəfinin Rusiya qarşısındakı bütün təəhhüdlərini yerinə yetirmək niyyətində olduğunu bəyan edib.

“Əgər bizim Rusiya qarşısındakı öhdəliklərimizdən danışırıqsa, bütün münasibətlər – Qırğızıstan Respublikasının Rusiya Federasiyası qarşısındakı maliyyə və digər öhdəlikləri tam şəkildə yerinə yetiriləcək. Heç bir dəyişiklik olmayacaq, olsa belə, yalnız qarşılıqlı razılıq əsasında (olacaq)”, – deyə o bildirib.

Japarovun sözlərinə görə, iki ölkə arasındakı münasibətlər hazırda yaxşıdır və “gələcəkdə də yaxşı olacaq”.

O qeyd edib ki, Qırğızıstan digər ölkələrlə “bərabər hüquqlu əsasda” qarşılıqlı rəftar edəcək.

Xəbəri paylaş

VİDEOLAR