Qırğızıstan prezidenti 1-2 may tarixi Qırğızıstan Respublikasında milli matəm günləri elan edilib.
Qırğızıstan prezidenti Sadır Japarovın imzaladığı fərmanına əsasən, 1-2 may tarixi Qırğızıstan Respublikasında milli matəm günləri elan edilib.
Trend-in "Kabar" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Prezident Aparatının İnformasiya siyasəti şöbəsi bildirib.
Milli matəm günlərində ölkə ərazisində, eləcə də xaricdəki diplomatik və konsulluq binalarında Qırğızıstan Respublikasının Dövlət bayraqları endiriləcək.
Fərmanda bildirilib ki, mədəniyyət qurumlarına və teleradio şirkətlərinə milli matəm günlərində əyləncə tədbirlərini və proqramlarını dayandırmağa təklif olunacaq.
Qeyd edək ki, 29-30 aprel tarixində ölkənin Batken vilayətinin Qırğızıstan-Tacikistan sərhədindəki silahlı qarşıdurma nəticəsində həm mülki şəxslər, həm də hərbi qulluqçular arasında çoxsaylı ölən və xəsarət alan olub.
Qırğızıstan Səhiyyə Nazirliyinin son məlumatlarına görə, sərhəddəki silahlı qarşıdurma nəticəsində 31 nəfər ölüb, 154 nəfər yaralanıb.