Rəsmi Bişkekin Qırğızıstan ərazisində ABŞ hərbi bazasını yerləşdirmək planı yoxdur.
Az.rasthaber.com RT-a istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Sadır Japarov mətbuat konfransı zamanı bildirib.
“Bizim Kantda Rusiya bazamız var. Bizə bir baza bəs edər. Biz ölkə ərazisində iki baza yerləşdirərək dövlətlərlə siçan-pişik oynamaq istəmirik”, - deyə o qeyd edib.
Japarov koalisiya qoşunlarının Əfqanıstanı tərk etməsindən sonra Qırğızıstan ərazisində ABŞ aviabazasının yerləşdirilməsi imkanına dair sualı bu cür cavablandırıb.