İraqda "Əsaib Əhlul həqq" hərəkatının baş katibi "Haşdi Şabi" güclərini cümə günü təşkil ediləcək anti-amerika aksiyalarına qatılmağa çağırıb
Rasthaber Azərbaycan xəbər verir ki, İraqda "Əsaib Əhlul həqq" hərəkatının baş katibi bu həftənin cümə günü anti-Amerika aksiyası İraq xalqının İngiltərə müstəmləkəsinə qarşı 1920-ci il inqilabını xatırladır.
"Nahrain" portalında bu barədə xəbər yayılıb.
Hərəkatının baş katibi Qeys Əl-Xəzəli deyib: “İraq xalqının bu ölkənin müxtəlif şəhərlərində, o sıradan paytaxt Bağdadda cümə namazı qılındıqdan sonra keçiriləcək milyonluq aksiyiaları "Aşrin inqilabı" olacaq.”
“Trampa mesajımız bu olacaq ki, İraqda, Amerikan işğalını məğlub edən millət və müqavimət var.”, -deyə o qeyd edib.
Qeys Əl-Xəzəli həmçinin bildirib ki, İraq xalqı işğalçıları geri çəkilməyə məcbur edəcək.
“ABŞ, İraq parlamentinin qərarına qarşı çıxdı və çıxmaqdadır. İraq işğal altındadır. ABŞ-ın geri çəkilməklə bağlı siyasi qərarı israrla rədd edəcəyi təqdirdə, müqavimət gücləri buna hazır olmalıdır.”, -deyə Əsaib Əhlul həqq" hərəkatının baş katibi əlavə edib.
İraqda Sədr cərəyanının rəhbəri Muqtəda Sədr keçən həftə bu ölkə xalqını amerikalı hərbçilərin iştirakını pisləyən milyonluq aksiya keçirməyə çağırdı. Bu çağırış müqavimət qrupları, həmçinin İraq xalqının rəğbəti ilə üzləşdi.