Qəddafinin oğlunun prezident seçkilərində namizədliyi təsdiqlənməyib

Qəddafinin oğlunun prezident seçkilərində namizədliyi təsdiqlənməyib

Liviyanın çevriliş nəticəsində hakimiyyətdən getmiş keçmiş lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslamın qarşıdan gələn prezident seçkilərində namizədliyi təsdiqlənməyib.

Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Liviyanın sabiq prezidenti Müəmmar Qəddafinin oğlu Seyf əl-İslamın qarşıdan gələn prezident seçkilərində namizədliyi təsdiqlənməyib.

Adının açıqlanmasını istəməyən Liviya rəsmilərindən biri verdiyi açıqlamada Liviya ədliyyəsinin Seyf əl-İslam Qəddafi haqqında son qərarı olduğu üçün onun 24 dekabr prezident seçkiləri üçün namizədlik ərizəsini rədd etdiyini və Qəddafinin onun barəsində olan məhkəmə qərarının ləğvi ilə bağlı sənəd təqdim edə bilmədiyini bildirib.

Qəddafi noyabrın 14-də Ali Seçki Komissiyasının Sebha şəhərindəki şöbəsinə şəxsən gedib və prezident seçkilərində rəsmi namizədliyini irəli sürmək üçün müraciət edib.

Xəbəri paylaş

VİDEOLAR