Liviyanın devrilərək qətlə yetirilmiş başçısı Müəmmar Qəddafinin oğlu Seyfülislama 24 dekabrda baş tutacaq prezident seçkilərində iştirak etməyə icazə verilib.
Az.rasthaber.com "Panorama"-ya istinadən xəbər verir ki, Səbha şəhərinin appelyasiya məhkəməsi Liviya Seçki Komissiyasının qərarını - Qəddafinin oğlunun seçkilərdə namizəd kimi iştirakdan kənarlaşdırılması qərarını ləğv edib.
Xatırladaq ki, Seyfülislam 14 noyabrda Səbhə şəhərindəki MSK nümayəndəliyinə gələrək prezidentliyə namizədliyini irəli sürmək istəməsi barədə rəsmi şəkildə bəyan edib. Bir gün sonra isə seçki komissiyası onun namizədliyini ləğv edib.