Qazaxıstanın Baş naziri Əlixan İsmayılovun başçılıq etdiyi nümayəndə heyəti aprelin 26-da Tehrana səfər edəcək.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, səfər İranın Birinci vitse-prezidenti Məhəmməd Moxberin dəvəti ilə baş tutacaq.
Səfər iki ölkə arasında iqtisadi-ticarət münasibətlərini genişləndirmək və əlaqələrdə daha çox mobillik yaratmaq məqsədilə həyata keçiriləcək.
Qazaxıstan rəsmisinin Tehrana səfəri zamanı İran İslam Respublikasının bir sıra yüksək vəzifəli şəxsləri ilə görüşü də nəzərdə tutulur.