Qazaxıstan Baş naziri Əlixan Smailov və Qırğızıstan Baş naziri Akılbek Japarov arasında telefon danışığı olub.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, tərəflər strateji əməkdaşlığın möhkəmləndirilməsi barədə razılıq əldə ediblər.
Qazaxıstan Baş naziri “qardaş Qırğızıstan Respublikası ilə strateji əməkdaşlığın dərinləşməsində maraqlıyıq”, - deyə telefon danışığında qeyd edib.
Xatırladaq ki, Qazaxıstandakı hadisələr fonunda ölkə vətəndaşlarının saxlanılmasına görə, Qırğızıstan iki dəfə rəsmi Nur-Sultana nota ünvanlamışdı.