Qaxariya hökumətin qarşıdakı məqsədi barədə danışıb

Qaxariya hökumətin qarşıdakı məqsədi barədə danışıb

Gürcüstan baş naziri vəzifəsinin icraçısı hökumətin məqsədi haqda danışıb.

Rasthaber Azərbaycan 1TV-a istinadən xəbər verir ki, Gürcüstan baş naziri vəzifəsinin icraçısı Giorgi Qaxariya hökumətin məqsədi haqda danışıb.

O deyib ki, bu il və bütün 4-illik seçki dövrünün məqsədi ölkəni Avropa İttifaqına (Aİ) tamhüquqlu üzvlüyə ərizənin verilməsini mümkün etməkdir.

Qaxariya qeyd edib ki, bu, ambisiyalı plandır, “lakin eyni zamanda da bu, bizim hər gün naminə çalışdığımız məqsəddir”.

O bildirib ki, Gürcüstanın Avropa və avroatlantik inteqrasiyası və onların gələcək dərinləşməsinin 2021-ci ildə hökumətin əsas prioriteti olacaq.

“Hamımız anlamalıyıq ki, Gürcüstanı bütün ölçülərdə, o cümlədən də fiziki ölçüdə Avropaya yaxınlaşdırmaq bizim bütün istiqamətlərdəki əsas məqsədimizdir” deyən Qaxariya əlavə edib ki, “biz ölkəmizin yaxın 4 ildə hazır olması üçün hər şeyi etməliyik”.

Xəbəri paylaş

VİDEOLAR