Qatil sionistlər ağıllarını itirir

Qatil sionistlər ağıllarını itirir

Sionist rejimin mediası Yedioth Ahronoth xəbər verib ki, meydandan qayıdan 170 min əsgər psixoloji dəstək istəyib.

Az.rasthaber.com xəbər verir ki, rejimin Hərbi Nazirliyi əsgərlərin psixoloji dəstək alması üçün yeni proqrama böyük tələbat aldığını etiraf edib.

“Yedioth Ahronoth” qəzetinin məlumatına görə, proqrama müraciət edən əsgərlərin sayı ay yarımda 170 minə çatıb. Xüsusilə Qəzzadakı münaqişədən sonra müraciətlər artıb. Əsgərlər posttravmatik stress pozğunluğu və digər psixoloji problemlər üçün terapiya xidmətlərinə müraciət ediblər.

Mehr Xəbər Agentliyinin məlumatına görə, Qəzza zolağında təşkil edilən hücumlarda iştirak edən ehtiyatda olan bir çox əsgərin psixoloji müalicə üçün müraciət etdiyi və terapiya almaq üçün psixoloq tapmaqda çətinlik çəkdiyi bildirilib.

Xəbəri paylaş

VİDEOLAR