Qatil Netanyahu atəşkəs rejimini yoxuşa sürükləyir: Şərt qoydu

Qatil Netanyahu atəşkəs rejimini yoxuşa sürükləyir: Şərt qoydu

ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə işğalçı sionist İsrail və Fələstində Qəzza zolağına rəhbərlik edən Həmas arasında aparılan danışıqlar nəticəsində atəşkəs və girovların dəyişdirilməsi razılaşması əldə edilib. HƏMAS-ın qəbul etdiyi razılaşma ötən gecə İsrail Nazirlər Kabineti tərəfindən də təsdiqlənib.

Az.rasthaber.com xəbər verir ki, bu gün qüvvəyə minəcək razılaşmadan əvvəl açıqlama verən İsrailin baş naziri Binyamin Netanyahu, birinci mərhələdə sərbəst buraxılacaq 33 israillinin adlarını almayana qədər atəşkəs imzalamayacaqlarını bildirib.

"Biz azad ediləcək girovların siyahısını alana qədər atəşkəs olmayacaq. İsrail razılaşmanın heç bir pozulmasına dözməyəcək", - Netanyahu bildirib.

Xəbəri paylaş

VİDEOLAR