Qatil Netanyahu 150 xəstə uşağın Qəzzadan çıxmasını gecikdirdi

Qatil Netanyahu 150 xəstə uşağın Qəzzadan çıxmasını gecikdirdi

Sionist İsrailin baş naziri Binyamin Netanyahu Colan təpələrinə 10-u uşaq olmaqla 12 nəfərin həyatını itirdiyi hücumdan sonra müalicə üçün BƏƏ-yə aparılması planlaşdırılan təxminən 150 uşağın Qəzzanı tərk etməsini təxirə salıb.

Az.rasthaber.com xəbər verir ki, işğalçı İsrail dövlət televiziyasının xəbərinə görə, bazar ertəsi təxminən 150 uşağın müalicə üçün İsrail üzərindən BƏƏ-yə getməsi planlaşdırılıb, lakin Netanyahu Qolandakı Məcdel Şəms qəsəbəsinə hücumdan sonra uşaqların Qəzzanı tərk etməsini təxirə salmağa qərar verib.

Xəbərdə Netanyahunun qərarının Məcdel Şəms hücumu ilə hansı əlaqəsi olduğu və uşaqların Qəzzanı tərk etməsi üçün yeni bir tarix təyin edilib-edilmədiyi barədə məlumat verilməyib.

Xəbəri paylaş

VİDEOLAR