Qatil İsrail rejimindən Fələstin dövlətini tanıyan ölkələrə rekasiya

Qatil İsrail rejimindən Fələstin dövlətini tanıyan ölkələrə rekasiya

Sionist İsrailin Xarici İşlər Nazirliyi Sloveniyanın İsraildəki səfirini çağıraraq, ölkəsinin Fələstin dövlətini tanımasını pisləyib.

Az.rasthaber.com xəbər verir ki, sionist rejim Xarici İşlər Nazirliyinin bəyanatında Sloveniya səfiri ilə görüşdə Fələstin dövlətinin tanınmasının “sülhə yardım etmədiyi və məhbus mübadiləsi razılaşmasını çətinləşdirdiyi” iddia edilib.

Görüş zamanı bildirilib ki, Sloveniya səfiri ölkəsinin Fələstin dövlətini tanımasına görə “qınanılıb”.

Sloveniya hökuməti ötən həftə keçirilən iclasda Fələstin dövlətinin tanınmasını dəyərləndirib.

Baş nazir Robert Qolob sessiyadan sonra verdiyi açıqlamada beynəlxalq hüquq və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) müvafiq qətnamələrinə uyğun olaraq Fələstini 1967-ci il sərhədləri ilə müstəqil və suveren dövlət kimi tanımağa qərar verdiklərini bildirib.

Qolob həmçinin sözügedən qərarı Məclisə çatdıracaqlarını bildirib və millət vəkillərindən dəstək istəyib.

İspaniya, Norveç və İrlandiya da mayın 28-də Fələstini rəsmən tanımaq qərarına gəliblər.

Xəbəri paylaş

VİDEOLAR