Qatil İsrail rejimi Qəzzada uşaqları qətlə yetirməyə davam edir

Qatil İsrail rejimi Qəzzada uşaqları qətlə yetirməyə davam edir

Sionist rejimin Qəzza zolağına yeni hava və quru hücumları ardıcıl 20-ci gün davam edib və nəticədə qadın və uşaqlar da daxil olmaqla daha bir neçə Fələstin vətəndaşı şəhid olub.

Az.rasthaber.com xəbər verir ki, “Əl-Ərəbi Əl-Cədid” xəbər saytı bu bazar günü yazıb: Qəzza zolağına qarşı müharibənin davam etdiyi bir vaxtda işğalçı İsrail ordusunun bu bölgədə qurudan hücumlarını genişləndirmək istədiyi tamamilə aydındır. Dünən Qəzza zolağının cənubunda “Muraq cəbhəsi” deyilən yerdə qurudan hücumun başladığını elan edib. Fələstin Administrasiyası bununla bağlı xəbərdarlıq edərək, burada məqsədin Qəzza zolağının işğalını və onu parçalamaq olduğunu bildirib.

Bu arada İsrail ordusunun artilleriya bölmələri Qəzzanın cənubundakı Rəfah şəhərinin şimal rayonlarını atəşə tutub.

Bu mənbələr Qəzza zolağının cənubundakı Rəfah şəhərində yaşayış binalarının tamamilə dağıdılmasından da xəbər veriblər.

Bu mənbələrə əsasən, Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinin “Əl-Muvasi” bölgəsinin səhər tezdən bombardmanları nəticəsində şəhid olanların sayı 9 nəfərə çatıb.

Xan Yunis şəhərində bir çadır və bir evin hədəfə alınması zamanı aralarında qadın və uşaqların da olduğu 4 fələstinli şəhid olub, daha 21 nəfər yaralanaraq xəstəxanaya aparılıb.

Xəbəri paylaş

VİDEOLAR