Sionist İsrailin işğal altındakı Qəzza zolağında dinc sakinlərə hücumu 436 gündür ki, davam edir. Son 24 saatda 3 qırğın baş verən Qəzzada şəhidlərin sayı 31 artaraq 45 min 59-a çatıb.
Az.rasthaber.com xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada qatil İsrailin 438 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.
İşğalçı İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi “3 qırğın”da 31 nəfərin şəhid olduğu, 79 nəfərin yaralandığı bildirilib.
Qeyd edilib ki, soyqırım törədən İsrailin 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda şəhid olanların sayı 45 min 59-a, yaralıların sayı isə 107 min 41-ə yüksəlib.
Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, ancaq qatil İsrail qüvvələrinin maneə törətməsi səbəbiylə tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.