Qatil İsrail rejimi Qəzzada daha bir məktəbi bombaladı.
Az.rasthaber.com xəbər verir ki, İsrailin Qəzza şəhərinin cənub-şərqində məktəbə hücumu nəticəsində azı 20 nəfərin öldüyü bildirilib. Qəzza zolağının Səhiyyə Nazirliyi son üç gündə İsrailin hücumları nəticəsində ən azı 119 nəfərin öldüyünü, 209 nəfərin yaralandığını açıqlayıb.
Fələstinin Səfa xəbər agentliyi İsrailin bu səhər Qəzzanın cənub-şərqində yerləşən və köçkünlərin sığındığı Əl-Zeytun məktəbinə hava hücumu təşkil etdiyini açıqlayıb.
Xəbərdə "Əz-Zeytun"da ölənlərin sayı 20-yə yüksəlib" ifadəsi yer alıb.