İsrailin Qəzza zolağında hərbi əməliyyatları bərpa etməsindən sonra 320-dən çox fələstinli uşaq həlak olub.
Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı BMT-nin Uşaq Fonduna (UNICEF) istinadən məlumat yayıb.
UNICEF-in məlumatına görə, İsrailin Qəzzaya hücumlarını yenidən başlamasından bəri azı 322 uşaq öldürülüb.
Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək, anklavı kütləvi zərbələrə məruz qoyub. Bununla da bu ilin yanvarında qüvvəyə minmiş atəşkəs rejimini pozub.