Soyqırım edən İsrail növbəti dəfə mülki insanları hədəfə alıb. İşğalçı İsrail ordusu Qəzzanın cənubundakı Rəfah şəhərinə hücum edib. Döyüş təyyarələrinin qanlı bombardmanı nəticəsində 11 nəfərin şəhid olduğu, 25 nəfərin yaralandığı öyrənilib.
Az.rasthaber.com xəbər verir ki, şahidlərin məlumatına görə, sionist İsrail ordusuna məxsus döyüş təyyarələri Rəfah şəhərinin şərqində Səlahəddin küçəsində mülki əhalinin yerləşdiyi məntəqəni bombalayıb.
Səhiyyə mənbələrindən alınan məlumata görə, hücumda 11 nəfər şəhid olub, 25 nəfər yaralanıb.
Bildirilib ki, yaralılar Qəzzanın Xan Yunus şəhərindəki Avropa xəstəxanasına aparılıb.
Qatil İsrail ordusu mayın 6-da verdiyi bəyanatda məcburi köçkün fələstinlilərin sığındığı Rəfahın şərqindəki bəzi məhəllələrin boşaldılmasını tələb edib və mayın 7-də səhər saatlarında Qəzzanın Rəfah bölgəsinə qurudan hücum etmiş, Mayın 7-də səhər saatlarında Qəzzanın Rəfah bölgəsinə qurudan hücuma keçərək Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini açıqlayıb.