Qatil İsrail ordusu Rəfaha hücum edib

Qatil İsrail ordusu Rəfaha hücum edib

Sionist İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfahın müxtəlif nöqtələrinə təşkil etdiyi hücumlarda ən azı 8 fələstinlinin şəhid olduğu açıqlanıb.

Az.rasthaber.com xəbər verir ki, Səhiyyə mənbələrindən alınan məlumata görə, beynəlxalq ictimaiyyətin bütün xəbərdarlıqlarına baxmayaraq, sionist İsrail ordusu Rəfahın şərq və qərbində evlərə hücum edib.

Rəfahın şərqindəki Es-Salam bölgəsində baş verən hücumda bir fələstinli qadın şəhid olub, bir neçə nəfər isə yaralanıb, lakin yaralıların sayı barədə məlumat verilməyib.

Şəhərin qərbindəki Tel əs-Sultan məhəlləsində Rıdvan ailəsinə məxsus evin bombalanması nəticəsində 7 fələstinli şəhid olub, aralarında uşaqlar da var çox sayda insan yaralanıb.

Yaralılar Rəfahdakı Küveyt Xəstəxanasına aparılarkən mülki müdafiə qruplarının dağıntılar altından ölü və yaralıları çıxarmağa davam etdiyi və ölənlərin sayının arta biləcəyi qeyd edilib.

Xəbəri paylaş

VİDEOLAR