Sionist İsrailin Qəzza şəhərində yaşayış binasını hədəfə aldığı hava hücumu nəticəsində aralarında uşaq və qadınların da olduğu 7 fələstinli şəhid olub.
Az.rasthaber.com xəbər verir ki, Qəzza zolağındakı Mülki Müdafiə Birliyi qatil İsrail döyüş təyyarəsinin Nafak küçəsindəki bir mənzili bombalaması nəticəsində 3-ü uşaq və 3-ü qadın olmaqla 7 fələstinlinin şəhid olduğunu və çoxlu sayda yaralının olduğunu bildirib.
Şahidlərdən alınan məlumata görə, mülki müdafiə qrupları İsrailin hücumu yerində dağıntılar altında qalan ölü və yaralıların axtarış-xilasetmə işlərini davam etdirir.
Sionist İsrail artilleriya bölmələri Qəzza şəhərinin cənub-şərqində Zeytun bölgəsində əraziləri və evləri bombalamağa davam edib.
İsrailin qanlı hücumu nəticəsində bir çox ev və iş yerində yanğın baş verib, məhəllənin şərqindən tüstünün qalxdığı görülüb.
HƏMAS hərəkatının silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları dünən Qəzza şəhərinin Zeytun məhəlləsinə girən İsrail qüvvələri ilə "şiddətli" toqquşmaya girdiklərini açıqladı.
Fələstinin Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü il oktyabrın 7-dən etibarən sionist İsrailin Qəzza zolağına həyata keçirdiyi hücumlarda 37 min 232 nəfər şəhid olub, 85 min 37 nəfər yaralanıb.
Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.