Sionist İsrail ordusunun Livanın cənubunda həyata keçirdiyi hava hücumlarında 2 nəfərin şəhid olduğu, 2 nəfərin yaralandığı açıqlanıb.
Az.rasthaber.com xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-da yer alan xəbərdə sionist İsrailin Suriyanın cənubundakı Sur şəhərinin Zıbkin qəsəbəsində hava hücumu ilə yüngül ticari avtomobil və inşaat maşınını hədəf aldığı bildirilib. Pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücumlarda 2 nəfər şəhid olub, 2 nəfər yaralanıb.