Sionist İsrail ordusunun 2023-cü il oktyabrın 8-dən Livana həyata keçirdiyi hücumlarda şəhid olanların sayı 14 nəfər artaraq 3558-ə çatıb.
Az.rasthaber.com xəbər verir ki, Livan Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada sionist İsrailin davam edən hücumlarında ölənlər barədə məlumat verilib.
İşğalçı İsrail ordusunun dünən Livanın bir çox bölgəsində həyata keçirdiyi hücumlarda 14 nəfərin şəhid olduğu, 87 nəfərin yaralandığı qeyd edilib.
Bəyanatda 2023-cü il oktyabrın 8-dən etibarən sionist İsrailin Livana qarşı həyata keçirdiyi hücumlarda şəhid olanların sayı 902-si qadın və uşaq, 214-ü səhiyyə işçisi olmaqla 3 min 558-ə, yaralıların sayı isə 15 min 123-ə yüksəlib.