İşğalçı sionist İsrail ordusunun Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərində məcburi köçkün fələstinlilərin sığındığı məktəbə təşkil etdiyi hücumda 2-si uşaq olmaqla 15 nəfər şəhid olub.
Az.rasthaber.com xəbər verir ki,Qəzzada Mülki Müdafiə Təşkilatından verilən yazılı açıqlamaya görə, qatil İsrail ordusu Qəzza şəhərinin şərqindəki Şucaiyye rayonundakı Delal əl-Mağribi məktəbini bombalayıb.
Məktəbi tamamilə yerlə-yeksan edən hücumda 2-si uşaq olmaqla ən azı 15 fələstinli şəhid olub, 40 fələstinli isə yaralanıb.
Hadisə şahidlərinin sözlərinə görə, Mülki Müdafiə qrupları məktəbin dağıntıları altında axtarış-xilasetmə işlərini davam etdirir.
Digər tərəfdən, sionist İsrail ordusu da məsələ ilə bağlı yazılı açıqlama verib.
Açıqlamada işğalçı İsrail ordusu Şucaiyye rayonundakı məktəbə hücum etdiyini etiraf edib.