Qatil İsrail ordusu Deyr-Belahda səhra xəstəxanasını bombaladı

Qatil İsrail ordusu Deyr-Belahda səhra xəstəxanasını bombaladı

Hökumətin Qəzzadakı media bürosundan verilən açıqlamada, işğalçı sionist İsrail döyüş təyyarələrinin Deyr-Belah şəhərindəki Hadice məktəbindəki səhra xəstəxanasına hücum etdiyi bildirilib.

Az.rasthaber.com xəbər verir ki, açıqlamada, hücumda aralarında uşaqların da olduğu 31 fələstinlinin şəhid olduğu, onlarla insanın yaralandığı qeyd edilib.

Media ofisindən əvvəlki açıqlamada işğalçı sionist İsrail döyüş təyyarələrinin sözügedən məktəbdəki səhra xəstəxanasına 3 raket atdığı bildirilib.

İşğalçı sionist İsrailin törətdiyi bu “qırğınlar”ın səhiyyə sistemi və xəstəxanaları dağıdıb xidmətdən çıxardığına diqqət çəkən bəyanatda bildirilib:

“İsrail və ABŞ rəhbərliyinin köçkünlərə və mülki şəxslərə qarşı bu qırğınların davam etdirilməsindən məsul olduğu vurğulanıb".

Açıqlamada deyilir:

"Sağlamlıq və tibbi ləvazimat çatışmazlığı, yaralı və xəstə insanların keçidinə sərhəd qapılarının bağlanması, yanacaq çatışmazlığı və humanitar vəziyyət səbəbiylə tibb qrupları və qalan əməliyyat otaqları üzərində böyük təzyiq var".

Digər tərəfdən, İşğalçı Sionist İsrail ordusunun verdiyi açıqlamada, Xədicə məktəbi şəhərciyinin daxilində "Həmasın gizli komanda-nəzarət kompleksinə hücum təşkil etdiyini" iddia edib.

İşğalçı sionist İsrail ordusunun hədəfində olan məktəb, əvvəllər fələstinliləri sığınmağa çağırdığı Deyr-Belah şəhərinin qərbində “humanitar zona” kimi təsnif edilən ərazidə yerləşir.

Xəbəri paylaş

VİDEOLAR