Qatil İsrail Livanda atəşkəsi pozmağa davam edir

Qatil İsrail Livanda atəşkəsi pozmağa davam edir

Soyqırım törədən İsrail ordusu 27 noyabr 2024-cü ildə Beyrut və Təl-Əviv arasında razılaşdırılmış atəşkəs rejimini pozmaqda davam edir.

Az.rasthaber.com xəbər verir ki, ordudan verilən yazılı açıqlamada gecə saatlarında Bekaa vadisində bir çox nöqtəyə hava hücumu təşkil edildiyi bildirilib.

Hücumlarda hər hansı itki olub-olmaması ilə bağlı Livan rəsmilərindən hələlik heç bir açıqlama verilməyib.

Livan və sionist İsrail arasında 27 noyabr 2024-cü ildə atəşkəs əldə edilib. Bu atəşkəs çərçivəsində işğalçı İsrail ordusunun 60 gün ərzində Livanın cənubunda tutduğu nöqtələrdən geri çəkilməsi tələb olunurdu. Lakin İsrail Livan ordusunun ölkənin cənubunda “tam qurulmadığını” iddia edərək işğal müddətini fevralın 18-dək uzadıb.

Livan Səhiyyə Nazirliyinin açıqlamasına görə, qatil İsrail ordusunun yanvarın 26-dan bu yana həyata keçirdiyi hücumlarda 26 nəfər şəhid olub, 206 nəfər yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR