Qatil İsrail İordan çayının qərb sahilinə hücumlarını davam etdirir

Qatil İsrail İordan çayının qərb sahilinə hücumlarını davam etdirir

Soyqırım törədən İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Tubas şəhərinin Təmmun qəsəbəsinə təşkil etdiyi hava hücumunda şəhid olan fələstinlilərin sayı 10-a çatıb.

Az.rasthaber.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi hücumla bağlı yazılı açıqlama yayıb.

Açıqlamada İsrail ordusunun Tubas şəhərinin Təmmun qəsəbəsinə təşkil etdiyi hava hücumunda 10 fələstinlinin şəhid olduğu bildirilib.

Nazirliyin açıqlamasında yaralıların sayı barədə məlumat verilməyib.

Fələstin Qızıl Aypara Cəmiyyəti daha əvvəl Təmmun qəsəbəsinə hücumda 7 nəfərin şəhid olduğunu, 4 nəfərin isə ağır yaralandığını açıqlamışdı.

İsrail ordusu İordan çayının qərb sahilinin şimalındakı Tammun qəsəbəsində pilotsuz uçuş aparatı (PUA) ilə "silahlı qrupun hədəf alındığını" iddia edib.

Xəbəri paylaş

VİDEOLAR