Sionist İsraildə ifrat sağçı Yəhudi Güc Partiyası Qəzza əhalisini qaçmağa məcbur etmək məqsədi ilə parlamentə (Knesset) mübahisəli qanun layihəsi təqdim edib.
Az.rasthaber.com xəbər verir ki, İsrailin Kanal 14 televiziyası Yəhudi Güc Partiyasının Qəzza zolağı sakinlərini könüllü olaraq Qəzzanı tərk etməyə təşviq edən qanun layihəsini parlamentə təqdim etdiyini bildirib.
Qanun layihəsi “könüllü miqrasiya” adı altında təqdim edilsə də, fələstinlilərə təzyiq göstərmək və onları vətənlərini tərk etməyə məcbur etmək məqsədi daşıyır.
Qanun layihəsinə görə, Qəzzanı tərk etməyə razı olan fələstinlilər, İsrail Maliyyə Nazirliyi tərəfindən müəyyən ediləcək az miqdarda maliyyə yardımı ala biləcəklər. Amma geri qayıtmaq istəyənlər götürdükləri məbləğin iki qatını, əlavə olaraq faiz ödəməlidirlər və bunu etməsələr Qəzzaya və ya İsrailin hər hansı digər hissəsinə girişi qadağan ediləcək.
Ben-Qvir qanun layihəsini müdafiə edərkən fələstinlilərin Qəzzanı tərk etməsini “könüllü” həll yolu kimi göstərməyə çalışıb. Lakin bu qanun İsrailin Qəzza əhalisini sistemli şəkildə köç etməyə məcbur etmək üçün atdığı yeni addım kimi qiymətləndirilir.