İşğalçı sionist İsrail ordusunun təxliyə elanlarından sonra Livanın paytaxtı Beyrutda şiddətli partlayışlar baş verib.
Az.rasthaber.com xəbər verir ki, işğalçı sionist İsrail ordusu Livanın paytaxtı Beyrutun cənubunda yerləşən binaya hava hücumu həyata keçirib.
İsrail döyüş təyyarələri evakuasiya xəbərdarlığından sonra Beyrutun cənubundakı Əl-Hədes məhəlləsində bir binanı bombalayıb.
İşğalçı Sionist İsrail Ordusunun sözçüsü Aviçay Adraee X hesabında verdiyi açıqlamada Hizbullaha aid bir obyekt olduğunu iddia etdiyi Hədes məhəlləsindəki bir binanı hədəf alacağı ilə hədələyib və ətrafdakı binaların boşaldılmasını istəyib.