Qassam Briqadalarından Livan Müqavimətinə mesaj

Qassam Briqadalarından Livan Müqavimətinə mesaj

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Livandakı müqavimət qüvvələrinə video müraciət göndərib.

Az.rasthaber.com xəbər verir ki, Qəssamın Telegram hesabında yayımlanan videonun əvvəlində İsrailin müdafiə naziri Yaov Gallant iyulun əvvəlində Livanda Hizbullah qarşısında çıxışı zamanı deyib:

“Rəfahdan çıxan tank Litaniyə çata bilər.".

Daha sonra müqavimət qüvvələrinin İsrail ordusuna aid tankları məhv etdiyi anları əks etdirən videoda bildirilib: 

"Livandakı müqavimət qüvvələrinə mesajımız budur: Bunlar Gallantın Rəfahdan çıxacağını söylədiyi tanklardır. Tapşırığı yerinə yetirəcəyinizə əminik.".

Video "Hizbullah"ın baş katibi Seyid Həsən Nəsrullahın təxminən 2 həftə əvvəl İsrailə dediyi "Sizin tanklarınız qalmayacaq" sözləri ilə bitib.

Xəbəri paylaş

VİDEOLAR