Bunu Dagbladet qəzeti öz mənbələrinə istinadla yazıb
Rasthaber Azərbaycan xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı rəhbərliyi 2018-ci ildə səudiyyəli jurnalist Camal Qaşıqçının yaxın dostu İyad əl-Bağdadinin fiziki aradan qaldırılması üçün Norveçə 10 nəfərdən ibarət dəstə göndərib.
Deyilir ki, 2018-ci ilin yayında ər-Riyad Oslodan Vyana konvensiyasına uyğun olaraq “mühafizəçi dəstəsi” üçün diplomatik toxunulmazlıq tələb edib.
Lakin toxunulmazlıq istənilən qrupun sadəcə çox sayda “mühafizəçidən” ibarət olması Norveç XİN və Kəşfiyyat Xidmətində şübhəyə səbəb olub.
Bununla bağlı, yalnız bir nəfər toxunulmazlıq verilib.
Toxunulmazlıq alan şəxs “attaşe” hesab edilirdi, lakin faktiki olaraq Səudiyyənin Oslodakı səfirliyində “mühafizə rəisi” işləyirdi.
Digər 9 nəfər 2018-ci ilin iyul ayında Norveçə gəliblər və ölkədə bir müddət qalıblar.