Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Rasthaber Azərbaycan TASS-a istinadən xəbər verir ki, rusiyalı hərbi həkimlər Qarabağdakı sülhməramlıların vaksinasiyasına başlayıblar.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Bildirilir ki, bunun üçün Qarabağa xüsusi termo konteynerlərdə təxminən 2 min doza “Sputnik V” vaksini gətirilib.
Qeyd edilir ki, rusiyalı sülhməramlılara vaksinin ilk komponenti cari ayın sonunadək, ikinci komponenti isə 21 fevraladək vurulacaq.