Atəşkəsi pozaraq Qəzzada soyqırım hücumlarını davam etdirən sionist İsrail bu dəfə yas evini hədəfə alıb. Hücumda 16 fələstinlinin şəhid olduğu, çoxlu sayda yaralının olduğu bildirilib.
Az.rasthaber.com xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, sionist İsrail ordusu Qəzzanın şimalında Beyt Lahiya qəsəbəsində bir evi vurub.
İsrailin Beyt Lahiyanın Es-Salatin bölgəsində fələstinli “Mübarək” ailəsinə məxsus başsağlığı evinə hücumu nəticəsində ən azı 16 fələstinli şəhid olub, çoxlu sayda yaralı var.
İndoneziya xəstəxanasına çatdırılan yaralıların əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilib.
Sionist İsrail ordusu yanvarın 19-da qüvvəyə minən atəşkəsi pozaraq, dünən Qəzza zolağına şiddətli hücuma keçib. Qatil İsrail ordusunun martın 18-i səhər saatlarından Qəzza zolağına həyata keçirdiyi hava hücumlarında əksəriyyəti qadın və uşaq olmaqla 400-dən çox fələstinli şəhid olub.