Qana doymayan İsrail yardım gözləyən fələstinliləri yenidən hədəfə aldı

Qana doymayan İsrail yardım gözləyən fələstinliləri yenidən hədəfə aldı

İsrail ordusunun Qəzza şəhərində humanitar yardım gözləyən fələstinliləri hədəf alması nəticəsində 6 nəfər həlak olub.

Az.rasthaber.com xəbər verir ki, Fələstinin rəsmi WAFA xəbər agentliyinin yaydığı məlumata əsasən, İsrail ordusu Qəzza şəhərinin müxtəlif bölgələrinə hücum etməyə davam edir.

İsrail qüvvələrinin Qəzza şəhərinin şərqindəki sənaye zonasında humanitar yardım gözləyən dinc sakinləri hədəf alması nəticəsində 6 fələstinli həyatını itirib.

İsrail ordusunun Şifa xəstəxanasının ətrafındakı evlərə basqın edərək onları mühasirəyə alması nəticəsində onlarla insan həyatını itirib, çox sayda insan yaralanıb və dağıntılar altında qalıb.

İsrail döyüş təyyarələrinin Qəzza şəhərinin qərbindəki Şati qaçqın düşərgəsindəki 4 evi hədəf alması nəticəsində çox sayda fələstinli həyatını itirib.

İsrail bundan əvvəl də dəfələrlə Qəzza zolağında humanitar yardım gözləyən fələstinliləri hədəfə alıb.

Fevralın 29-da İsrail ordusunun Qəzza şəhərinin cənubundakı Rəşid küçəsindəki Nablusi qovşağında humanitar yardım gözləyən fələstinliləri hədəfə aldığı hücumda 118 nəfər ölüb, 760 nəfər yaralanıb.

Fələstin Qanunvericilik Şurasının üzvü Mustafa əl-Berqusi İsrail ordusunun Qəzzada humanitar yardım gözləyən 560 fələstinlini öldürdüyünü, 1500-dən çoxunun isə yaralandığını açıqlayıb.

 

Xəbəri paylaş

VİDEOLAR