Qana doymayan İsrail rejimi mülki fələstinliləri qətlə yetirməyə davam edir

Qana doymayan İsrail rejimi mülki fələstinliləri qətlə yetirməyə davam edir

Sionist İsrail ordusunun Qəzza zolağının mərkəzi və şimal bölgələrinə endirdiyi hava zərbələri nəticəsində azı 8 mülki şəxs şəhid olub, çoxlu sayda insan yaralanıb.

Az.rasthaber.com xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-da yer alan xəbərdə işğalçı İsrailin Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsində Matar ailəsinə məxsus evi bombaladığı qeyd edilib.

Xəbərdə, hava hücumunun hədəfi olan evdə 3 mülki vətəndaşın şəhid olduğu və yaralananların olduğu, Maqazidəki yaşayış məntəqələrinə endirilən hava zərbələri nəticəsində 2 fələstinlinin şəhid olduğu, çoxlu sayda insanın yaralandığı bildirilib. 

Qatil İsrail döyüş təyyarələrinin Qəzzanın şimalındakı Cibaliya Qaçqınlar Düşərgəsindəki bir evi bombaladığı da paylaşılarkən, bu hücumda 3 mülki vətəndaşın şəhid olduğu, yaralananların olduğu da bildirilib.

Xəbərdə Qəzza zolağının cənubundakı Xan Yunis və Rəfah şəhərlərinin də sionist İsrailin sıx hücumlarına məruz qaldığı bildirilib və Xan Yunis və Rəfah bölgələrinə edilən hücumlarda itkilərin olduğu vurğulanıb.

Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada sionist İsrailin Qəzza zolağına 306 gündür davam edən hücumları barədə məlumat verilib.

Açıqlamaya görə, işğalçı İsrail ordusu son 24 saatda Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda “2 qırğın” həyata keçirib, bu hücumlarda daha 24 fələstinli şəhid olub, 110 fələstinli isə yaralanıb.

Qatil İsrailin 7 oktyabrdan etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda şəhidlərin sayının 39 min 677, yaralı sayının isə 91 min 645-ə yüksəldiyi qeyd edilib.

Bəyanatda dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Fərhan Haq, BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) tərəfindən idarə olunan konvoyların, İsrail ordusunun Qəzzada bütün yolları və keçid məntəqələrini bombalaması səbəbindən fələstinlilərə lazımi qidaları çatdıra bilmədiyini qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR